İQTİSADİYYAT


Bu gündən 38 nömrəli marşrut xətti üzrə avtobusların bir qismi yenilənir

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların bir qismi yenilənir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “Isuzu Citibus” markalı avtobus gətirilib. “Avro 5” standartlarına cavab verən bu avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.

Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.