ELM VƏ TƏHSİL


Bu gündən DİM-də imtahan protokolları, cavab vərəqləri və kartlarının emalı aparılacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən Mərkəzdə imtahan protokolları, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlar 9 şəhər və rayonda təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.