İQTİSADİYYAT


Bu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-dən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə bilərlər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.