DÜNYA


Bu gündən Özbəkistan tam olaraq latın əlifbasına keçir

Daşkənd, 1 avqust, АZƏRTAC

Bu gündən Özbəkistan tam olaraq latın əlifbasına keçir.

AZƏRTAC xəbər verir ki, dövlət orqanları indiyədək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin edib.

Xatırladırıq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə, ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi. Bununla belə, Özbəkistanın müstəqilliyinin 30 illiyi ilə bağlı Baş nazir Abdulla Aripov latın əlifbasına keçidin tezləşdirilməsi ilə bağlı qərar verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.