DÜNYA


Bu gündən etibarən Böyük Britaniyaya gələn turistlər 10 gün karantində qalmalı olacaqlar

London, 15 fevral, AZƏRTAC

Bu gündən etibarən Böyük Britaniyaya gələn turistlər 10 gün müddətində karantində qalmalı olacaqlar.

Hökumət tərəfindən icazə verilən otellərdə qalmaq üçün əvvəlcədən sifariş etməli və 1750 funt-sterlinq ödənilməlidir. Qaldıqları otellərdə karantin qaydalarını pozan şəxslər isə 10 min funt cərimə ödəyəcək.

33 ölkənin daxil olduğu qırmızı siyahıya Britaniya vətəndaşları da daxildir. Əgər Krallığın vətəndaşları qırmızı siyahıdakı ölkələrdən hər hansı birinə səfər etsə onlar da 10 gün müddətində oteldə qalmalı olacaqlar. Qanun bu gündən etibarən ölkə ərazisində tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, bu qanun Braziliya, Kolumbiya, Argentina, Anqola, Peru, Portuqaliya, Ekvador, Mozambik, Cənubi Afrika Respublikası və digər 33 ölkəyə şamil olunub. Qərar mutasiyaya uğramış koronavirus növünün ölkədə yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.