İQTİSADİYYAT


Bu günə olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib

Bakı, 7 mart, Elvin Camalov, AZƏRTAC

Martın 7-də həyata keçirilməli olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 13:00-da “IA 425” saylı Ərbildən Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 14:00-da Bakıdan Ərbilə “IA 426” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Ərbil-Bakı-Ərbil aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.