İQTİSADİYYAT


Bu günə olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib

Bakı, 29 noyabr, Elvin Camalov, AZƏRTAC

Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.