ELM VƏ TƏHSİL


Bu günədək 25 min 414 tələbə təhsil krediti almaq üçün müraciət edib

Bu günədək 25 min 414 tələbə təhsil krediti almaq üçün müraciət edib

Bakı, 18 may, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı gündən bu günə qədər olan statistikası açıqlanıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 25 min 414 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 434 nəfərin müraciəti natamam olub, 366 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 6151 nəfərin müraciətinə imtina cavabı verilib, 220 nəfərin müraciəti isə banka yönləndirilib.

TTKF fəaliyyətə başladığı gündən 18 min 243 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 6 min 666 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 11 min 577 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.