REGİONLAR


Bu günədək Balakəndə 29 ton yaş barama istehsal olunub

Balakən, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda barama tədarükü yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda yaş barama istehsalının 30 tona çatdırılması proqnozlaşdırılır. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 29 ton yaş barama təhvil veriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, cari mövsümdə Balakən rayonunda barama yetişdirmək üçün 227 kümçü ailəsi ilə müqavilə bağlanılıb və onlara 572 qutu, yəni 10 kiloqram 868 qram ipəkqurdu paylanılıb. Qazma kənd sakini Ceyhun Tahirli indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 590 kiloqram yaş barama təhvil verib. Qaysa kəndindən Şamil Terçiyev builki mövsümdə 350 kiloqram, Katex kənd sakini Müxlisət Nəbiyeva 323 kiloqram, Kortala kəndindən Ramil İsayev 219 kiloqram, Gərəkli kənd sakini Rövşən Quliyev isə 210 kiloqram yaş barama istehsal ediblər.

Rayonda istehsalçılardan barama tədarükü davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.