CƏMİYYƏT


Bu günədək idmançılarımızda COVID-19 şübhəsi ilə bağlı heç bir məlumat daxil olmayıb

Bakı, 20 may, AZƏRTAC 

Xüsusi karantin rejiminin elan olunmasından əvvəl Azərbaycanda yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar. Karantin dövründə onlar evdə olublar.

Azərbaycandakı idmançılarımızda COVID-19 şübhəsi ilə bağlı bu günədək heç bir məlumat daxil olmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Səmayə Məmmədova qeyd edib ki, idmançıların sağlamlığı ilə bağlı federasiyalar tərəfindən nazirliyə mütəmadi olaraq hesabatlar verilir. Nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanılmaları ilə üçün hər bir şəraitin olduğu haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.