İQTİSADİYYAT


Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur

Bakı, 12 yanvar, AZƏRTAC

Xalçaçılığın sürətlə inkişaf etdirilməsi nəticəsində iyirmi xalça fabriki tikilərək istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Bu il 11 xalça fabrikinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. “Həm iş yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracyönümlü məhsuldur”, - deyə Prezident bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.