CƏMİYYƏT


Bu il 1418 nəfər peşə hazırlığına cəlb edilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövrü ərzində 1418 nəfər işaxtaran və işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 907 nəfəri qadındır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, peşə hazırlığına cəlb edilənlərdən 528 nəfəri gənclər, 98 nəfəri məcburi köçkünlər, 32 nəfəri isə əlilliyi olanlardır.

Kurslarda aşpaz, qənnadçı, dərzi, xalçaçı, kompüter mühasibliyi, qazanxana maşinisti, kompüterçi dizayner, ingilis dili, ekskursiya bələdçisi, elektrik quraşdırıcısı, əl ilə qaynaq, əməliyyatçı mühasib, vizajist, kişi bərbəri, bərbər-manikürçü peşələri tədris edilib. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, peşə hazırlığına cəlb edilən işsizlərə kurs keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.