REGİONLAR


Bu il 1443,3 ton tərəvəz və 939,7 min ton kartof yığılıb

Bakı, 18 oktyabr, AZƏRTAC 

Cari ilin yanvar-sentyabr aylarında sahələrdən 1443,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çox tərəvəz və 939,7 min ton (10,2 faiz çox) kartof yığılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə 445,1 min ton (12,4 faiz çox) bostan məhsulları, 656,8 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 165,4 min ton (48,8 faiz çox) üzüm, 647,5 ton (12,1 faiz az) yaşıl çay yarpağı, 33,7 min ton (41,1 faiz çox) günəbaxan, 67,6 min ton (59,7 faiz az) şəkər çuğunduru, 76,8 min ton (75,4 faiz çox) pambıq və 4,3 min ton (10,7 faiz çox) tütün toplanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.