ELM VƏ TƏHSİL


Bu il 1584 abituriyent Memarlıq və İnşaat Universitetinin tələbəsi adını qazanıb

Bakı, 16 avqust, AZƏRTAC

Dünəndən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavr pilləsinin birinci kursuna qəbul olunan abituriyentlərin sənəd qəbulu başlayıb. 2017-2018-ci tədris ili üçün universitetə 1584 abituriyent qəbul olub ki, bu da qəbul planının 92 faizini təşkil edir. Bu barədə AZƏRTAC-a AzMİU-nun sənəd qəbulu komissiyasının məsul şəxsi Cəmalə Cəbrayılova məlumat verib.

Onun sözlərinə görə, qəbul olunanların 556 nəfəri dövlət sifarişi, 1028 nəfəri isə ödənişlidir. Hazırda 330 nəfər qeydiyyatdan keçib ki, onların da 155-i dövlət sifarişi, 145-i isə ödənişli əsaslarla qəbul olunanlardır.

Universitetdə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.