İQTİSADİYYAT


Bu il “28 May” NQÇİ-də 3 milyon ton neft və 3,2 milyard kubmetr təbii qaz hasil edilib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Bu il “28 May” neft və qazçıxarma idarəsində (NQÇİ) 2 milyon 964 min ton neft və 3 milyard 238 milyon kubmetr təbii qaz hasil olunub.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-də keçirilən müşavirədə danışılıb. Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin mövcud vəziyyətinin araşdırılması, həmçinin, “28 May” NQÇİ-nin bu ilin 9 ayı ərzində gördüyü işlərin müzakirəsi olub. Birliyin baş direktoru Daşqın İskəndərov “28 May” NQÇİ-nin “Azneft”in ən məhsuldar idarələrindən biri olduğu, burada son illər ərzində bütün sahələr üzrə mühüm işlərin görüldüyünü vurğulayıb.

Sonra idarənin aidiyyəti mütəxəssisləri 2017-ci ilin 9 ay ərzində görülmüş işlər barədə hesabatla çıxış ediblər. Bildirilib ki, cari il ərzində idarə üzrə 2 milyon 964 min ton neft və 3 milyard 238 milyon kubmetr təbii qaz çıxarılıb. Quyuların əsaslı təmiri zamanı işlərə nəzarətin gücləndirilməsi, əsaslı təmir sexinin kadrlarının təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Hasilatın stabil saxlanılması, qalıq neftin mənimsənilməsi üçün səmərəli işlənmə üsulunun seçilməsinin vacibliyi qeyd olunub. Hasilatın stabil saxlanılması üçün keçici quyu fondu üzərində aparılacaq əməliyyatlar barəsində fikir mübadiləsi aparılıb. Bildirilib ki, işlək quyuların cari vəziyyəti araşdırılmalı və hər bir quyuya fərdi yanaşılmalıdır.

Daha sonra sözügedən idarədə aparılan qazma işlərinin gedişi ilə bağlı hesabat dinlənilib, qazma işlərinin intensivləşdirilməsi vurğulanıb. Həmçinin qazma əməliyyatı həyata keçirən podratçı şirkətlərin işlərinə daimi nəzarət olunmasının vacibliyi ifadə edilib.

Sonra tikinti-quraşdırma, təmir sahəsi ilə bağlı hesabat dinlənilib. Hazırda 10 obyektdə tikinti-quraşdırma işlərinin davam etdirildiyi bildirilib. Qeyd olunub ki, 4 özül və meydança yenidən qurulub. 2, 7 və 14 saylı dərin dəniz özüllərində avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin quraşdırılması ilə bağlı görülmüş işlərdən bəhs olunub. Bundan başqa, 5 saylı dərin dəniz özülündə əlavə 8 quyunun qazılması üçün tikinti-quraşdırma işlərinin davam etdirildiyi bildirilib.

“Azneft”in baş direktor təhlükəsizlik məsələlərinin qarşıda duran əsas məsələ olduğunu vurğulayıb, qış mövsümünə hazırlıqla əlaqədar olaraq, yüksəktəzyiqli xətlərdə diaqnostika işlərinin ay sonuna kimi yekunlaşdırılması üçün müvafiq göstərişlər verib. O, təhlükəsizliyin təmin edilməsi məqsədilə özüllərdəki bütün işlərə, o cümlədən, özüldə çalışan podratçı şirkətlərin işlərinə ciddi nəzarətin vacibliyini vurğulayıb.

İclasda idarədəki çatışmazlıqlar barədə onların problemlər dinlənilib və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.