İQTİSADİYYAT


Bu il 2 min kilometr yeni avtomobil yolu salınmalıdır

Bakı, 10 iyul, AZƏRTAC 

Respublikada avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Azərbaycanda yol infrastrukturunun səviyyəsindən söz açan Prezident İlham Əliyev bildirib ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, ölkəmiz bu sahədə dünyada 36-cı yerdədir.

Dövlətimizin başçısı avtomobil yollarının inşasına gələcəkdə də böyük investisiyaların qoyulacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.