CƏMİYYƏT


Bu il 2 mindən çox şəhid ailəsi üzvü, 3 mindən çox qazi və onların yaxınları məşğulluq tədbirlərinə cəlb olunub

Bakı, 29 aprel, AZƏRTAC

Sosial sahədə tədbirlərin mühüm bir istiqaməti də şəhidlərimizin ailə üzvlərinin, qazilərin və onların yaxınlarının məşğulluq tədbirlərinə cəlb olunmasından ibarətdir. Bu ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və onların yaxınları məşğulluq tədbirlərinə cəlb edilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 2021-ci ilin ilk rübündə gördüyü işlərə dair kollegiya iclasında bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə səylərin daim artırıldığını qeyd edən nazir, eyni zamanda, şəhidlərin ailə üzvlərinin, qazilərin və onların yaxınlarının məşğulluq məsələlərinin həlli sahəsində işəgötürənlərlə də fəal əməkdaşlıq edildiyini deyib.

S.Babayev bildirib ki, DOST mərkəzlərində bu ilin ilk rübündə 95 minədək, ümumən indiyədək 368 mindən çox müraciət üzrə vətəndaşlara xidmət göstərilib, onlardan 38 minə qədəri elektron formada təqdim edilən xidmətlər olub. Bu ilin birinci rübündə 142 Çağrı mərkəzinə 135 minə yaxın zəng daxil olub.

Daha bir DOST mərkəzinin açılışı üçün hazırlıq işlərinin yekunlaşmaqda olduğunu bildirən nazir ölkənin DOST mərkəzləri şəbəkəsi ilə əhatə olunmasına dair yeni regional inkişaf proqramı üzrə işlərin davam etdiyini vurğulayıb.

Kollegiya iclasında nazirliyin fəaliyyət sahələrində 2021-ci ilin ilk rübündə görülmüş işlər barədə hesabatlar təqdim edilib, bu sahələr üzrə görülmüş işlərin nəticələri və il ərzində görüləcək işlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.