ELM VƏ TƏHSİL


Bu il 2 nömrəli Bakı Baza Tibb Kollecini 481 tələbə bitirir

Bakı, 29 iyun, AZƏRTAC

Yasamal rayonundakı 2 nömrəli Bakı Baza Tibb Kollecində 2017-2018-ci tədris ilinin məzunları ilə görüş olub.

Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun başçısı Əziz Əzizov müasir müstəqil dövlətimizin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışan icra başçısı Ümummilli Liderin siyasi irsinin daha dərindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışan icra başçısı Azərbaycanın çox sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu söyləyib.

Ə.Əzizov Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu qeyd edən icra başçısı Cümhuriyyət dövründə təhsil sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Rayon icra hakimiyyətinın başçısı məzunları təbrik edib və onlara tövsiyələrini verib.

2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu il kolleci 7 ixtisas üzrə 481 tələbə bitirir.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və digər çıxış edənlər də təhsilə göstərilən dövlət qayğısından bəhs edib, məzunlara uğurlar arzulayıblar.

Sonra məzunların “Andiçmə” mərasimi keçirilib. Məzunlar doğma Vətənə və xalqa ləyaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.