CƏMİYYƏT


Bu il 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

Bakı, 7 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramında digər həssas qruplar kimi, məcburi köçkünlərin də fəal iştirakına şərait yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 1255 nəfəri məcburi köçkünlərdir. Artıq onlardan 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub.

Yaradılmış təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.