ELM VƏ TƏHSİL


Bu il 830 nəfər “SABAH” tələbəsi məzun olur

Bakı, 7 iyul, AZƏRTAC

Təhsildə innovativ tədris metodlarının tətbiqi, tələbələrin təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi, təhsilverənlərin inkişafı və stimullaşdırılması, akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası “SABAH”ın əsas hədəfləridir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il 830 nəfər “SABAH” tələbəsi məzun olur.

Magistratura səviyyəsində isə “SABAH” qruplarına ilk qəbul 2021-ci ildə keçirilib və 364 nəfər “SABAH” magistri adını qazanıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün “SABAH” qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə bir çox ixtisaslarda ingilis dilində aparılır.

Xatırladaq ki, Təhsil Nazirliyinin 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayan “SABAH” (savadlı, bacarıqlı və hazırlıqlı) qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. “SABAH” qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.

“SABAH” qrupları layihəsi çərçivəsində müxtəlif inkişaf etdirici layihə və tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.