CƏMİYYƏT


Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub

Bakı, 13 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstəklə təminatı işləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik təsərrüfat və müəssisələr yaradıblar.

Həmin şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vurduqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.