DÜNYA


Bu il ABŞ-ın gündəlik neft istehsalı 12,45 milyon barrel olacaq

Bakı, 8 may, AZƏRTAC

ABŞ-ın neft hasilatı cari ildə gündəlik orta hesabla 12,45 milyon barrel təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, gələn il isə Birləşmiş Ştatların neft istehsalının sutkada 13,4 milyon barrel olacağı nəzərdə tutulur.

EIA-nın 2019-cu il üzrə gündəlik hasilatla bağlı əvvəlki proqnozu 12,4 milyon barrel, 2020-ci ilə dair isə 13,1 milyon barrel idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.