DÜNYA


Bu il Əfqanıstanda 3 minə yaxın dinc sakin həlak olub

Bakı, 10 oktyabr, AZƏRTAC

Bu ilin doqquz ayında Əfqanıstanda 2798 dinc sakin terror aktlarının, silahlı toqquşmaların və hərbi əməliyyatların qurbanı olub. Həmin dövr ərzində daha 5252 nəfər yaralanıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatlar BMT-nin Əfqanıstana dəstək missiyasının illik hesabatında yer alıb. Hesabatda, həmçinin bildirilir ki, ötən illə müqayisədə zərərçəkənlərin sayı 3 faiz azalıb, həlak olanların sayı isə 5 faiz artıb. Beləliklə, ölənlərin və yaralananların sayı ümumilikdə 8 min nəfəri ötüb.

Məruzədə dinc vətəndaşların ölümünün üç əsas səbəbi göstərilir: əldəqayırma bombaların partladılması və intiharçı-terrorçuların hücumları (45 faiz – 1050 nəfər), yerüstü silahlı toqquşmalar (39 faiz – 605 nəfər), habelə mülki insanların məqsədyönlü şəkildə öldürülməsi (8 faiz – 439 nəfər). Bundan başqa, yüksək ölüm səbəbləri sırasında hökumətyönümlü qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış mərmilər (4 faiz) və qarşıdakı parlament seçkiləri ilə bağlı hücumlar da qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.