İDMAN


Bu il Afrika kuboku yarışlarına Misir ev sahibliyi edəcək

Bakı, 8 yanvar, AZƏRTAC

Bu il futbol üzrə Afrika kuboku yarışları Misirdə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu yanvarın 8-də Misir Futbol Assosiasiyasının mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, 2021-ci ildə Afrika kuboku yarışlarının Kot-d'İvuarda təşkili nəzərdə tutulsa da, bir müddət əvvəl Afrika Futbol Konfederasiyası (AFK) bu ölkəni həmin turnirə ev sahibliyi hüququndan məhrum etmişdi. Turnirin təşkili Kameruna həvalə olunmuşdu. Kamerun builki turnirə də namizədliyini irəli sürmüş olsa da, ölkədə stadionların standartlara tam cavab verməməsi ilə əlaqədar AFK bu təklifi qəbul etməmişdi. Kot-d'İvuar isə Afrika kuboku yarışlarına 2023-cü ildə ev sahibliyi edəcək.

Afrika kuboku turniri bu il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.