REGİONLAR


Bu il Ağdaşda biyan tədarükü zavodunun istifadəyə verilməsi nəzərdə tutulur

Ağdaş, 25 iyul, AZƏRTAC 

Ağdaş rayonunun Şıxlı kəndi ərazisində 6480 kvadratmetr istehsal sahəsi olan biyan tədarükü zavodu inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zavodun inşası ilə bağlı bir sıra işlər başa çatıb. Belə ki, qəbul məntəqəsində elektron tərəzi quraşdırılıb, işçi otağı tikilib. Enerji təchizatı ilə əlaqədar bütün işlər görülüb. Qazanxana binasında da avadanlıqlar quraşdırılıb, bəzi avadanlıqlar sınaqdan keçirilib.

Müəssisədə biyanın doğranması üçün 3 xətt quraşdırılıb. Burada biyan kökləri təmizlənəcək, yuyulacaq, doğranaraq parda qurudulacaq və kisələrə doldurulacaq. Kisələrin saxlanması üçün anbar tikilir. Anbarda temperaturun normal dərəcədə saxlanmasından ötrü kameralar qurulacaq.

Zavodun bu il istifadəyə verilməsi nəzərdə tutulub. Tam gücü ilə işləyəcəyi halda 130-150 nəfər işçinin çalışacağı nəzərdə tutulub.

Qeyd edək ki, biyan zavodu “Biyan Product” MMC tərəfindən inşa olunur. Cəmiyyət Ağdaşın Şıxlı, Mürsəl və Aşağı Nemətabad kəndləri ərazisindən 1000 hektar torpaq sahəsi alıb. Ərazidə 16 ədəd suvarma qurğusu quraşdırılıb ki, bu da 603 hektarın mexaniki suvarılmasını təmin edəcək. Sahələrin artıq 220 hektarına biyan əkilib. Daha 150 hektarda biyan əkini üçün şum çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.