REGİONLAR


Bu il “Aqroservis” taxıl biçininə 700-dək kombayn çıxaracaq

Bakı, 27 may, AZƏRTAC

“Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinə start verib. Görüşlərə Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Zərdab, Yevlax, Füzuli rayonlarından başlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərin məqsədi fermerlərin biçinə hazırlığını təmin etməkdir. Biçin zamanı yanğın təhlükəsizlik qaydalarına və növbəlilik sisteminə riayət edilməsi ilə bağlı kənd və qəsəbələrdə vətəndaşlarla görüşlər keçirilir, onlara zəruri məlumatlar verilir. İlk növbədə ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib.

May ayının sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb.

Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq. Biçinə və növbəlilik sisteminə nəzarəti Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) həyata keçirəcək.

Qeyd edək ki, ölkə üzrə biçinə, ümumilikdə, 2000-dək taxılbiçən kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.