REGİONLAR


Bu il Azərbaycan Dövlət Aqrar Universitetinə magistratura səviyyəsi üzrə qəbul planı 94 faiz dolub

Bakı, 4 avqust, AZƏRTAC

2021/2022-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) magistr səviyyəsinə Azərbaycan və rus bölmələri üzrə qəbul aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin magistratura səviyyəsinə qəbul 28 ixtisas olmaqla 77 ixtisaslaşmanı əhatə edib. Təsdiq olunmuş qəbul planında bu pillədə təhsil almaq üçün 330 yer nəzərdə tutulub.

Magistratura səviyyəsinə keçirilən qəbul imtahanın nəticələrinə əsasən 311 tələbə dövlət sifarişli və ödənişli əsaslarla ADAU-ya qəbul olunub.

Qəbul olunanların sayına əsasən qəbul planı 94,2 faiz dolub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.