İQTİSADİYYAT


Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib

Bakı, 18 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 600 milyon 506 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 77 milyon 685 min dollar çoxdur.

Yeddi ayda MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 487 milyon 38 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.