CƏMİYYƏT


Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər

Bakı, 28 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərdə ölkə ərazisində feromon və rəngli tələlərin müştərək istehsalı müəssisəsinin işə salınmasına dair əldə edilmiş razılaşmalar çərçivəsində ölkəmizdən olan nümayəndə heyəti Moskvada “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNİİKR) bitki mühafizə vasitələrinin istehsalı müəssisəsində olub.

Görüş zamanı Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) və Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri ilə istehsal prosesinin təşkilinə dair texniki tələblər, hazır bioməhsulların logistik xüsusiyyətləri və saxlanma şəraiti müzakirə edilib.

Azərbaycandan olan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində, həmçinin arı ailələrinin yetişdirilməsi ilə əlaqədar laboratoriyada da olublar.

Qeyd edək ki, bu il Azərbaycanla Rusiya Federasiyasının feromon tələlərin birgə istehsalına başlanılması nəzərdə tutulur. Nümayəndə heyətləri görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.