İQTİSADİYYAT


Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 14 min 34 ədəd olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 100 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 12 min 525 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 1332 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.