İQTİSADİYYAT
Bu il Azərbaycanda 21,3 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Energetika Nazirliyi bu ilin yanvar-oktyabr aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatı açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 10 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 138,5 milyon kilovat/saat azalaraq 21 milyard 301,3 milyon kilovat/saat olub.
Hesabat dövründə keçən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 315,2 milyon kilovat/saat artaraq 20 milyard 63,7 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 455 milyon kilovat/saat azalaraq 946,4 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 1,2 milyon kilovat/saat çoxalaraq 291,2 milyon kilovat/saat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]