İQTİSADİYYAT


Bu il Azərbaycanda 23,3 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycanda 25 milyon 868 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 31,6 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Həmin həcmdən 23 milyard 398 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,8 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 0,6 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 19,3 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.