İQTİSADİYYAT


Bu il Azərbaycanda ən az ixrac əməliyyatları mayda aparılıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Cari ildə Azərbaycanda ən az ixrac əməliyyatları may ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 8 ayında ölkədə ixracın dəyəri 9 milyard 880,1 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.