İQTİSADİYYAT


Bu il Azərbaycandan 3,6 milyon ton neft göndərilib

Bakı, 9 mart, AZƏRTAC

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 3 milyon 648 min 802 ton xam neft ixrac edilib. İlin ilk 2 ayında ixrac edilən xam neftin dəyəri 1 milyard 827 milyon 303 min ABŞ dolları olub.

AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında ölkədən 3 milyon 400 min 474 ton neft ixrac olunub, həmin ixracın dəyəri isə 1 milyard 387 milyon 383 min dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.