İQTİSADİYYAT


Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi bir milyard dolları keçəcək

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və qarşılıqlı maraqlar üzərində qurulub.

Ölkələrimiz arasındakı münasibətlər dünyanın digər qonşu ölkələri üçün nümunədir. Bu gün Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artması deyilənləri sübut edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-may ayları ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 390 milyon ABŞ dolları təşkil edib. COVID-19 pandemiyasının dünya üzrə yayılmasına baxmayaraq, əminliklə söyləmək olar ki, 2022-ci il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,0 milyard ABŞ dollarını keçəcək.

S.İsmayılov deyib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 765 milyon ABŞ dolları təşkil etmişdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.