REGİONLAR


Bu il “Azərtütün ASK” MMC şimal-qərb rayonlarında 1700 hektarda ətirli tütün əkməyi planlaşdırır

Zaqatala, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC (“Azərtütün ASK” MMC) tərəfindən 2019-cu ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 1700 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün cəmiyyət tərəfindən ilkin mərhələdə 13 kiloqrama yaxın toxum ayrılıb və hazırda bağlanmış müqavilə əsasında bölgənin fermerlərinə paylanılır. Proses tütün istehsalçılarının toxuma olan tələbatı tam şəkildə ödənilənədək davam edəcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin nümayəndəsi Hacı Hacıyev məlumat verib.

Cəmiyyətin nümayəndəsi bildirib ki, tütün şitilləri istehsalçıların öz şəxsi təsərrüfatlarında quraşdırdıqları sadə istixanalarda yetişdirilir. Eyni zamanda, bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinin tərkibində olan istixana təsərrüfatlarında da martın əvvəlindən etibarən tütün şitillərinin yetişdirilməsinə başlanılacaq.

Onun sözlərinə görə, ötən il “Azərtütün ASK” MMC-nin emal məntəqələrində 2590 ton quru tütün istehsal olunub. Builki mövsümdə isə quru tütün istehsalının 2730 tona çatdırılması qarşıya hədəf qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.