REGİONLAR


Bu il “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb rayonlarında 875,2 hektar sahədə tütün əkilib

Zaqatala, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında tütün əkini kampaniyası başa çatıb. Builki mövsümdə cəmiyyət tərəfindən həmin rayonlarda 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir. Fermerlər tərəfindən indiyədək 700,2 hektar sahədə birinci suvarma, 505,1 hektarda birinci kultivasiya, 870 hektarda isə birinci kətmənləmə işləri aparılıb.

Təsərrüfatlarda yaşıl tütün yarpağının dəriminə iyunun sonunda başlanılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.