İQTİSADİYYAT


Bu il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 1,35 milyard dollar olub

Bakı, 16 noyabr, AZƏRTAC 

Cari ilin ilk 3 rübündə BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda yerli şirkətlər üzrə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə/xidmətlərə/materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 milyard 353,5 milyon ABŞ dolları olub.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə həmin vəsaitin 237,2 milyon dollarını 229 kiçik və orta müəssisənin, 29,3 milyon dollarını 18 dövlət şirkətinin, 646,8 milyon dollarını 14 yerli tərəfdaşı olan birgə müəssisənin, 440,2 milyon dollarını isə xarici podratçıların ölkə daxilindəki məsrəfləri təşkil edib.

Bu da ümumi üçüncü tərəf xərclərinin 51 faizinə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.