ELM VƏ TƏHSİL


Bu il Bakı Slavyan Universitetinə müraciət edən əcnəbi vətəndaşların sayı 60 faiz artıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinə (BSU) əcnəbi tələbələrin qəbulu yekunlaşıb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, əcnəbi vətəndaşların cəlb edilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən onlayn və oflayn müraciət sisteminin tətbiqi, 24 saat ərzində müraciətlərin Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırılması, qəbul haqqında məlumatın universitetin rəsmi səhifələrində və sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il BSU-ya müraciət edən əcnəbi vətəndaşların sayı 60 faiz artıb. 2021-2022-ci tədris ilində BSU-ya 13 xarici ölkədən 41 nəfər qəbul edilib. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən beynəlxalq müqavilələr əsasında 2 əcnəbi tələbə universitetə göndərilib. BSU-ya qəbul olunan 41 nəfərdən 10-u hazırlıq şöbəsində, 22-si 12 ixtisas üzrə bakalavriat səviyyəsində, 9-u isə 6 ixtisas üzrə magistratura səviyyəsində təhsil alacaq. Qəbul olunan əcnəbi tələbələr arasında Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Macarıstan, Koreya, Çin, Türkmənistan, Fələstin, Çad, Hindistan və İndoneziya vətəndaşları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.