İQTİSADİYYAT


Bu il Bakıda 112 yaşayış binası üzrə 5097 mənzilə təbii qaz verilib

Bakı, 12 mart, AZƏRTAC

Cari ildə paytaxtda 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi cari ildə də diqqətdə saxlanılır. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi müvafiq tədbirlərini davam etdirir. Belə ki, bu il yanvar ayının 7-dən fevralın 29-dək 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.