ELM VƏ TƏHSİL


Bu il Bakıdakı 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb

Bakı, 29 dekabr, AZƏRTAC

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 2018-ci ildə paytaxtdakı 30 ümumtəhsil məktəbində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində həmin məktəblərin informatika müəllimləri üçün seminar təşkil edilib. Həmçinin 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb.

Bundan əlavə, 4 ümumtəhsil məktəbində ingilis dili resurs mərkəzləri təsis edilib. Mərkəzlərin fəaliyyəti çərçivəsində 20 müəllim Böyük Britaniyada 5 günlük təkmilləşdirmə təlimində iştirak edib. Həmçinin 17 ingilis dili müəllimi Bakıda “British Council” təşkilatının təlimçiləri tərəfindən keçirilən təlimlərə qatılıb. İl ərzində mərkəzlərin fəaliyyətindən 600-dən artıq şagird yararlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.