REGİONLAR


Bu il Balakəndə 450 hektarda tütün əkiləcək

Balakən, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün əkini nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 850 sadə istixana quraşdırılıb və hazırda istixanalarda toxum səpini davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün əkiləcək sahələr müəyyənləşdirilib və əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 325,6 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.