REGİONLAR


Bu il Balakəndə 7 min hektarda qarğıdalı əkilməsi nəzərdə tutulur

Balakən, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Cari ildə rayonun təsərrüfatlarında 7 min hektar sahədə qarğıdalı əkilməsi planlaşdırılır. Bir neçə gündür təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 320 hektar sahəyə qarğıdalı əkiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötən il rayonda 43 min tona yaxın dən qarğıdalı istehsal olunub.

Elvin Səmədov deyib ki, hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini də mütəşəkkil davam edir. Məhsul istehsalçıları indiyədək 522 hektar sahədə kartof, 622 hektarda xiyar, 172 hektarda pomidor, 230 hektarda digər növ bitkiçilik məhsulları əkib, 440 hektar sahəyə çoxillik yonca toxumu səpiblər.

Rayonda tütün şitillərinin sahələrə köçürülməsi işi də gündən-günə sürətlənir. Fermerlər indiyədək 30 hektarda “Virciniya”, 7 hektarda isə “İmmuniy” növ tütün əkiblər. Builki mövsümdə rayonda 450 hektarda tütün əkilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.