REGİONLAR


Bu il Balakənin fındıq bağlarından 6 min tonadək məhsul gözlənilir

Balakən, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 6 min tonadək məhsul tədarük olunması gözlənilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. Bununla da bağların ümumi sahəsi 10 min 544,1 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 6 min 226 ton məhsul tədarük olunub.

Hazırda Balakən bazarında tezyetişən fındığın bir kiloqramının satış qiyməti 2,1-2,3 manat arasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.