REGİONLAR


Bu il Beyləqanda 20 min tondan çox pambıq istehsalı gözlənilir

Beyləqan, 2 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqanlı “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər. 9706 hektarda pambıq yetişdirən Beyləqan pambıqçıları məhsul yığımına hazırlıq görürlər. Sahələr alaq otlarından bir daha təmizlənir, sahə kənarları hamarlanır, texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda pambıq əkinlərinin 5268 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” ilə müqavilə əsasında aparılıb. Bol məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.

Nəticədə tarlalarda barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Artıq pambığın yığımına sayılı günlər qalıb. Rayonda pambıq yığımına 37 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Mövsümün sonuna rayon üzrə 20 min tondan çox pambıq istehsalı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.