DÜNYA


Bu il Çində daxili turizmin 40 faizdən çox olacağı proqnozlaşdırılır

Pekin, 23 fevral, AZƏRTAC

Çin Turizm Akademiyası cari il ərzində ölkədə 4,1 milyard daxili turist səfərinin olacağını proqnozlaşdırıb.

AZƏRTAC akademiyanın açıqlamasına istinadla xəbər verir ki, bu rəqəm 2020-ci ildəkindən 42 faiz çox olacaq. İl ərzində Çində turizm dövriyyəsinin 3,3 trilyon yuana (təxminən 511 milyard ABŞ dolları) çatacağı güman olunur. Bu da ötən illə müqayisədə təxminən yarıbayarı çox olacaq.

Qeyd edək ki, Çinin Mədəniyyət və Turizm Nazirliyinin statistikasına əsasən, ötən il pandemiya səbəbindən daxili turizmdə 52 faizlik azalma müşahidə olunub. Çində ay təqvimi ilə qeyd olunan yeni il bayramı tətilində (11-17 fevral) turizm sektorunda əhəmiyyətli canlanma müşahidə olunub və rəqəmlər 2019-cu ildəki səviyyəyə çatıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.