REGİONLAR


Bu il Cəlilabadda 2 min kiloqramdan çox barama tədarük olunacaq

Cəlilabad, 6 iyun, Bağır Əliyev, AZƏRTAC

Bu il Cəlilabad rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların sayı artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunda 25-ə yaxın təsərrüfatda ipəkqurdu bəsləməklə 150-dən çox ailənin məşğulluğu təmin edilib. Kümçülərə 1 kiloqrama yaxın ipəkqurdu paylanılıb.

Ötən il baramaçılıqdan yüksək gəlir edən kümçülər bu il daha çox ipəkqurdu bəsləyirlər.

Cəlilabadda baramaçılığın yem bazasını təmin etmək məqsədilə 25000 tut tingi əkilib.

Bu il rayonda 2 min kiloqramdan çox barama məhsulunun tədarük edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.