REGİONLAR


Bu il Cəlilabaddan Rusiyaya 25 min ton kartof ixrac olunub

Cəlilabad, 14 may, Bağır Əliyev, AZƏRTAC 

Bu il Cəlilabad rayonunda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Cəlilabadda bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Yığıncaqda qeyd olunub ki, bu il rayonda əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul gözlənilir.

İstixana şəraitində 1500 hektar sahədə 35 min ton faraş kartof məhsulu istehsal edilib və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilib.

Bu il kartof satışından fermerlərin büdcəsinə 9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.