CƏMİYYƏT


Bu il Dövlət Məşğulluq Xidməti 10 rayonda əmək yarmarkası keçirib

Bakı 13 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkənin 10 rayon və şəhərində, o cümlədən Daşkəsən, Naftalan, Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz, Quba, Qax, Neftçala, Bakının Qaradağ rayonlarında işaxtaran və işsizlərin münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarkalarda həmin rayon və şəhərlər üzrə 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim edən işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Aktiv məşğulluq tədbirlərində işaxtaran və işsizlərə öz seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. Ayrı-ayrı şəxslər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

Respublikanın digər şəhər və rayonlarında da əmək yarmarkalarının təşkili üçün müvafiq işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.