İQTİSADİYYAT


Bu il Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Cari ilin üçüncü rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 74 icazə verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu icazələrdən 62-si ixrac nəzarətinə düşən malların idxalı, 2-si ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. Rüb ərzində 55 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə bu ilin 9 ayı ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların ixracı, idxalı və tranziti üzrə 160 icazə verilib. Bunlardan 131-i ixrac nəzarətinə düşən malların idxalı, 4-ü ixrac nəzarətinə düşən malların ixracı, 25-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Hesabat dövründə 131 icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.